Avropa İttifaqında PARÇALANMA – Proses Macarıstandan BAŞLAYIR?

Hazırda oxunan: Avropa İttifaqında PARÇALANMA – Proses Macarıstandan BAŞLAYIR?

177782

Avropada mərkəzdənqaçma prosesi başlayıb. Bunu Macarıstan və Serbiya kimi dövlətlərin timsalında aydın görmək olar. Amma Avropa İttifaqı hər vasitə ilə bu prosesə əngəl olmağa, birliyin ömrünü bir qədər də uzatmağa çalışır. Aİ-nin planlarını pozmaq istəyən dövlətlər də təbii ki, qurum tərəfindən bu və ya digər şəkildə cəzalandırılır. 

Məsələn, dekabr ayında Serbiyada parlament seçkilərindən sonra ölkədə iğtişaşlar yaratmağa, heç olmasa prezidentin istefasına nail olmağa cəhdlər edildi. Lakin Qərbin planları baş tutmadı və Serbiya gərgin mübarizədən qalib çıxdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Aİ liderləri Ukraynaya görə Orbanı HƏDƏLƏYİBLƏR 


İndi isə Aİ Macarıstanın üzərinə gedir. 

Bu dəfə Aİ sivil yox, həm də çirkin vasitələrdən istifadə edir. Məsələn, qurum Macarıstan prezidenti Katalin Novakı yetimlər evində cinsi zorakılıqda ittiham olunan sabiq direktoru həbsdən azad etməkdə ittiham edir. Guya ki, Macarıstan dövləti uşaq zorakılığını və təcavüzü dəstəkləyir.

Aİ Macarıstanın üzərinə elə güclü həmlə edib ki, nəticədə prezident Katalin Novak istefa vermək məcburiyyətində qalıb. Bu hay-küy və basqı o qədər güclü olub ki, Avropa Parlamentinə (AP) qarşıdan gələn seçkilərdə hakim “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyasının siyahısına rəhbərlik edən Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa da siyasətdən getdiyini açıqlayıb.

Bəs, Macarıstana basqının arxasında nə dayanır?

Yada salaq ki, Macarıstan son illər müstəqil siyasət yürüdür. Xüsusən də, baş nazir Viktor Orban cəsarətli və sensasion sayılacaq addımlar atır. Məsələn, Orban Aİ-nin 2024-cü ildə Ukraynaya 50 milyard avro yardım ayırmasına və İsveçin NATO-ya üzv olmasına qarşı çıxıb. Bu isə Qərbin planlarını pozub. 

Macar baş nazirin Qərbi narazı salan daha bir addımı bu ölkənin Türk Dövlətləri Təşkilatları ilə sıx əməkdaşlığıdır. Bu gün Macarıstan TDT-yə daha çox can atır, nəinki Aİ-yə.

Bu azmış kimi Viktor Orban bu günlərdə bəyan etdi ki, Qərbin dünya iqtisadiyyatında hökmranlığı dövrü başa çatıb və onun ağırlıq mərkəzi Asiya-Sakit Okean regionuna keçir:

“Biz dünya iqtisadiyyatında köklü dəyişiklik yaşayırıq. Bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin hökmranlığı sona çatıb. Qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələrin olduğunu qəbul etdik. Dünya iqtisadiyyatının ağırlıq - pul və mənfəət mərkəzi Qərbdən Asiyaya qayıdır. Dünya iqtisadiyyatının nüvəsi artıq transatlantik deyil, Trans-Sakit okean regionundadır”.

Bu isə Qərbə açıq meydan oxumaqdır. 

Ona görə də Qərb Macarıstanı cəzalandırmaq istəyir. Bunun üçünsə müxtəlif yollara əl atılır. Gah Macarıstanın Aİ-də və AP-da səsvermə hüququnun dondurulacağı ilə bağlı fikirlər səsləndirilir. Gah da ki, Macarıstanın dövlət rəsmilərinə qarşı ifşaedici məqamlar gündəmə gətirilir.

Məsələn, prezident Katalin Novak 2023-cü ilin aprelində, Roma Papasının Budapeştə səfəri ərəfəsində iyirmi nəfər dustağı əfv etmək barədə fərman imzalayıb. Nə təsadüfdürsə, 10 ay sonra Aİ mənsubları ayılıb ki, sən demə xanım Novak pedofil direktoru əfv edib. 

Amma Aİ və Avropa Parlamentindəkilərdən soruşan yoxdur ki, niyə araşdırmırsınız ki, pedofil direktor kimin xahişi ilə əfv siyahısına salınıb?! Özü də bu addım Papanın səfəri münasibəti ilə atılıb. Deməli, həmin siyahıdan ən azı Papa Fransiskin xəbəri olub. Bəlkə də pedofil direktor onun xahişi ilə 20 nəfərlik siyahıya salınıb. 

Bəllidir ki, Vatikan rəhbərinin təkcə pedofillərə qarşı yox, cinsi azlıqlara qarşı münasibəti birmənalı deyil. O dəfələrlə etiraf edib ki, keşiş və rahiblərin arasında kifayət qədər “uşaqbaz”lar var. Üstəlik, ötən il Papa Fransisk enynicinslilərin nikahına da icazə verdi. Bütün bunlardan sonra xanım Novakın pedofil direktoru cəzadan azad etməsində nəsə axtarmaq doğru deyil. 

Nə edək ki, Qərb kimlərisə gözdən salmaq üçün öz çirkin oyunlarını belə açığa çıxarır. 

Təki hədəf çıxılmaz vəziyyətdə qalsın. Xanım Novakdan sonra Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa da siyasətdən getdiyini açıqladı. Bu isə Qərbin çirkin oyunun konturlarını aydın göstərir. Nəzər alaq ki, xanım Varqa Avropa Parlamentinə qarşıdan gələn seçkilərdə Macarıstanı təmsil edəcək əsas sima idi. 

Yeri gəlmişkən xatırladaq ki, növbəti seçkilərdən sonra AP və yaxud Aİ-yə rəhbərliyin macar siyasətçilərindən birinə keçəcəyi proqnozlaşdırılırdı. Hətta Orbanın bu yay Aİ prezidenti seçiləcəyi deyilirdi. Amma Qərbin çirkin və məkrli planları bu ehtimalları sıfıra endirdi.

Çünki, müstəqil siyasət yeridən və Qərbin bərbad idarəçilik buxovundan qurtulmaq istəyən Macarıstan kimi bir dövlətin Avropada mühüm postlara sahib çıxması bədnam qüvvələrə yaxşı heç nə vəd etmir. 

Qərb bütün cəbhə boyu Macarıstana “müharibə” elan edib. 

Amma görünən odur ki, Macarıstan müəyyən qurbanlar versə belə, Qərbə boyun əymək fikrində deyil. Təsadüfi deyil ki, ötən həftə macar fermerlər ayağa qalxıblar. Fevralın 9-da macar fermerlər Ukrayna ilə sərhəddə yerləşən Zahoni keçid məntəqəsi yaxınlığında etiraz aksiyası keçirib. Fermerlər Avropa Komissiyasının Ukrayna məhsullarının rüsumsuz idxalını daha bir il uzatmaq qərarına qarşı çıxıblar. 

Nümayiş Avropa Komissiyasının qərarını qəbuledilməz hesab edən Macarıstan Fermerlər İttifaqları və Fermer Kooperativləri Assosiasiyası və Milli Kənd Təsərrüfatı Palatası tərəfindən təşkil olunub. Etirazçılar həmçinin Ukraynanın GMO məhsulları ixrac etdiyini deyir və buna qarşı çıxırlar. 

Onlar əmindirlər ki, “Ukrayna Avropanın kənd təsərrüfatını məhv edə bilər” və Aİ-də bir çox ərzaq istehsalçıları və emalçıları Ukrayna mallarının gəlməsi səbəbindən müflis ola bilər.Göründüyü kimi, Macarıstanda təkcə siyasətçilər yox, hətta sadə əmək adamları da Aİ-yə qarşı çıxış edir. Bu isə Aİ-yə, bütövlükdə isə Qərbə yaxşı heç nə vəd eləmir.

Tarix təkrar olunur?

Xatırladaq ki, II Dünya Müharibəsindən sonra Macarsıtan SSRİ-nin təsiri ilə sosialist blokunda təmsil olunmağa başladı. Bu ölkədə Moskvanın təzyiqi ilə sosialist rejim formalaşdırıldı. Lakin macarlar bununla barışmadılar və 1956-cı ildə azadlıq üçün ayağa qalxdılar. Doğrudur, tarixə Macar üsyanı adı ilə düşmüş hərəkat məğlub oldu, lakin sonradan əksər tarixçilər sosializm blokunun süqutunun məhz Macarıstandan başladığını irəli sürdülər. 

Belə görünür ki, 68 il sonra Aİ-nin də parçalanması məhz Macarıstandan başlayır... 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO