Patriarx Kirill İlham Əliyevi TƏBRİK ETDİ 

Patriarx Kirill İlham Əliyevi TƏBRİK ETDİ 

Hazırda oxunan: Patriarx Kirill İlham Əliyevi TƏBRİK ETDİ 

177776

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Zati-aliləri möhtərəm İlham Heydər oğlu. 

Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. 

Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin Sizə səs verməsi onu göstərir ki, insanlar Sizin simanızda onların ehtiyaclarına və istəklərinə həmişə diqqətlə yanaşan, daxili və xarici siyasət üzrə aktual məsələləri səmərəli şəkildə həll edə bilən təcrübəli və nüfuzlu milli lider görürlər. 
Sizə möhkəm cansağlığı və həmişə ruh yüksəkliyi, rəhmli Tanrıdan kömək və Azərbaycan Respublikasının Prezidenti ali vəzifəsində yeni-yeni uğurlar arzulayıram". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO