FİFA prezidentindən İlham Əliyevə: “Bu, ölkənizin Sizin liderliyinizə olan etimadın göstəricisidir”

FİFA prezidentindən İlham Əliyevə: “Bu, ölkənizin Sizin liderliyinizə olan etimadın göstəricisidir”

Hazırda oxunan: FİFA prezidentindən İlham Əliyevə: “Bu, ölkənizin Sizin liderliyinizə olan etimadın göstəricisidir”

177573

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, hörmətli Prezident.

Bütün futbol ictimaiyyəti adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu, ölkənizin Sizin liderliyinizə olan etimadının göstəricisidir.

Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına olan sadiqliyiniz, liderlik məharətiniz və şəxsi keyfiyyətləriniz son illərdə ölkənizi irəliyə doğru aparmaqda çox mühüm rol oynayıb. Şübhə etmirəm ki, yeni Prezidentlik dövrünüzdə Siz ölkənizin sabit inkişafına və tərəqqisinə mühüm töhfələr verməkdə davam edəcəksiniz.

Mən, həmçinin ölkənizdə futbolun inkişaf etdirilməsi və onun dəyərlərinin təşviqi istiqamətindəki bütün səylərinizə görə Sizə və hökumətinizə təşəkkürümü bildirmək istəyirəm.

Sizin səyləriniz mədəni və ictimai maneələrin aradan qaldırılmasında futbolun əhəmiyyətini, eləcə də onun bütün sərhədləri aşan və inklüzivliyi qəbul edən bir idman növü olduğunu nümayiş etdirir.

Sizə yeni mandatınız dövründə fəaliyyətinizdə uğurlar və tükənməz enerji arzu edirəm. Cənab Prezident, tezliklə yenidən görüşüb Sizi şəxsən təbrik etməyi səbirsizliklə gözləyirəm".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO