Stanislav Pritçin:

Stanislav Pritçin: "Azərbaycan ATƏT-ə layiqli cavab verdi" – ÖZƏL 

Hazırda oxunan: Stanislav Pritçin: "Azərbaycan ATƏT-ə layiqli cavab verdi" – ÖZƏL 

177513

"Sözssüz ki, İlham Əliyevin bu seçkilərdə qalib gəlməsi, Azərbaycan üçün simvolik və tarixi bir hadisədir. Ona görə ki İlham Əliyev Azərbaycanın işğalda olan torpaqlarını azad, suverenliyini bərpa edib". 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Milli Tədqiqat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin bildirib.

Azərbaycandakı növbədənkənar Prezident seçkilərini və seçkilərə qarşı qərəzli münasibət göstərən təşkilatların əsas məqsədini şərh edən politoloq, bütün bunlara rəğmən tarixi və demokratik qələbənin əldə edildiyinə diqqət çəkib.
"Sözsüz ki, artıq  Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bundan sonra Azərbaycanın qarşısında ancaq inkşaf və bərpa işləri durur. Azərbaycan xalqı isə başa düşür ki, bütün bunları İlham Əliyevin ətrafında birləşərək, daha yaxşı həyata keçirmək olar. Yəni onun gələcək planları Azərbaycanı daha da rifahlı günlərə çıxarmaqdır. 

Bunlardan bəziləri isə işğaldan azad olunmuş torpaqların bərpası, ümumiyyətlə, Azərbaycan ərazisində müasir tikinti-qurulucuq işlərinin görülməsidir. Məncə, indi nəzərdə tutulan bütün planlar baş tutarsa, 5 ildən sonra Cənubi Qafqazda tamamilə başqa bir həyat olacaq", deyə S.Pritçin qeyd edib. 

Azərbaycana qarşı bir neçə beynalxalq təşkilatın və ölkələrin qərəzli münasibətini şərh edən analitik, bunu rəsmi Bakının ərazi bütövlüyünü bərpa etməsinin bəzi qurumların maraqları xaricində olması ilə əlaqələndirib:

"Lakin Azərbaycan onların hər birinə layiqli cavab verib. Biz görürük ki, hazırda Azərbaycanın bütün qonşu dövlətlərinin başçıları onu yenidən seçilməsi münasibətilə təbrik edib. Ancaq Qərb məsələsi, yəni onların münasibəti hələ ki, başqa bir mövzudur. Yəni Qərb liderlərinin seçkilərlə bağlı fikirlərini, münasibətlərini biz hələki görmürük. Bu isə məncə, keçmişdə olduğu kimi, Sovet ölkələri ilə Qərb ölkələri arasında olan münasibətlərin göstəricisidir. 

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir sıra qərb ölkələrinin ürəyincə deyil. Ona görə də, onlar nəsə etməyə çalışırlar. ATƏT bəzi məqamlarda seçkilərə qarşı çıxıb. Buna istər Qazaxıstanda, istər Özbəkistanda və s. ölkələrdə keçirilən seçkiləri misal göstərmək olar.

Azəraycan tarix boyu ATƏT-in təzyiqlərinə məruz qalıb. Məqamlar olub ki, Azərbaycan ATƏT-ə layiqli cavab verib. Buna görə də, ATƏT-in çıxışlarına çox da fikir vermək lazım deyil. Çünki bunların hamısı gözlənilən idi", - deyə S.Pritçin əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO