Qırğızıstan lideri: “Azərbaycanla əməkdaşlığın dərinləşməsində səylərimizi davam etdirməyə hazırıq”

Qırğızıstan lideri: “Azərbaycanla əməkdaşlığın dərinləşməsində səylərimizi davam etdirməyə hazırıq”

Hazırda oxunan: Qırğızıstan lideri: “Azərbaycanla əməkdaşlığın dərinləşməsində səylərimizi davam etdirməyə hazırıq”

177456

Qırğız Respublikasının Prezidenti Sadır Japarov seçkilərdə inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Bizim.Media xəbər verir ki, Qırğızıstan Prezidenti məktubunda qeyd edib: 

“Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu”.

Sadır Japarov hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Prezident İlham Əliyevin şəxsi töhfəsinin onların ölkəsində yüksək qiymətləndirildiyini bildirib.
“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”, - deyən S.Japarov dövlətimizin başçısına möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO