Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Emarat Al Youm” qəzeti məlumat yayıb.
“Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edir, ona Azərbaycanın daha da inkişafı naminə fəaliyyətində uğurlar arzulayıram.
Ölkələrimizin və xalqlarımızın maraqları naminə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraqlar bazasının genişləndirilməsi məqsədilə onunla birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm” – məlumatda qeyd olunub.
Bizim.Media
![BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi](https://bizim.media/file/articles/2024/02/09/1707478321_1.jpg)
- A-
- A
- A+
Siyasət
15:32 / 09.02.2024
BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: BƏƏ Prezidenti İlham Əliyevi təbrik etdi
177413
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.