“Gürcüstan erməniləri müstəqillik istəyir” – Tbilisidə Qarabağ müzakirəsinin əsl SƏBƏBİ...

“Gürcüstan erməniləri müstəqillik istəyir” – Tbilisidə Qarabağ müzakirəsinin əsl SƏBƏBİ...

Hazırda oxunan: “Gürcüstan erməniləri müstəqillik istəyir” – Tbilisidə Qarabağ müzakirəsinin əsl SƏBƏBİ...

17731

“Gürcüstan uzun illərdir seperatizmlə üzləşən bir dövlətdir. Ancaq onlar bizdən fərqli olaraq, müəyyən səbəblərə  görə, indiyə qədər bu problemlərini həll edə bilməyiblər. Gürcüstanda partiyaların çox olmasına baxmayaraq, separatizimlə bağlı onların mövqeləri vahiddir. Çünki seperatizm onlara əziyyət verən, sarsıdan, öz prioritetlərini həyata keçirməyə imkan verməyən məqamdır. 

Maneələrə baxmayaraq, Azərbaycan bu problemi artıq həll edib və bir sıra dövlətlər örnək götürməlidir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıxov Gürcüstan parlamentində Qarabağla bağlı müzakirələr barədə danışarkən deyib.

O, bildirib ki, gürcülər bölgədə üzləşdikləri təhlükələrə görə müdafiə gücünü artırmaq istəyir:

“Son zamanlar gürcülərin digər problemləri də aktuallaşıb. Axalkalaki regionunda yaşayan ermənilər vaxtaşırı çıxış edib özlərinə müstəqillik tələb edirlər. Əgər gürcülər bu məsələni tezliklə həll etmək istəyirlərsə, mütləq şəkildə qabaqlayıcı tədbirlər həyata keçirməlidirlər. Düşünürəm ki, bu problemlər Gürcüstan parlamentində köklü şəkildə müzakirə olunub və diskussiyalar müdafiə gücünü artırmaq mövzusunda aparılıb”.

Politoloq son zamanlar Gürcüstanın daxili çaxnaşmalarından da bəhs edib. Onun sözlərinə görə, ölkədə bəzi qüvvələr hakimiyyətə can atır. Bu isə bir neçə partiyanın hakimiyyətə gəlmək arzusundan doğur. 

Siyasət şərhçisi bu qüvvələrin hərəsinin müxtəlif dövlətlər və qüvvələr tərəfindən idarə olunduğunu da vurğulayıb.

“Gürcüstanda bəzi partiyalar hakimiyyəti tənqid edir. Çünki bu qüvvələr bütün gücləri ilə hakimiyyətə gəlmək üçün çalışırlar və bu yolda hər vasitəyə əl atırlar. Amma bu o demək deyil ki, hakimiyyət bu məsələdə çarəsizdir və müəyyən bir təzyiq vasitəsinə çevrilib.

Təbii ki, bu da Ruiya və bir neçə başqa ölkələr tərəfindən dəstəklənir. Gürcüstan təcili olaraq konkret bir tədbir göməsə, bunun qarşısını almaq Tbilisi üçün daha da çətinləşəcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO