Ukrayna Ali Radası AŞPA ilə Milli Məclisi dialoqa və əməkdaşlığa ÇAĞIRIB

Ukrayna Ali Radası AŞPA ilə Milli Məclisi dialoqa və əməkdaşlığa ÇAĞIRIB

Hazırda oxunan: Ukrayna Ali Radası AŞPA ilə Milli Məclisi dialoqa və əməkdaşlığa ÇAĞIRIB

177295

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini dialoqa və əməkdaşlığa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Komitə rəsmi müraciət ünvanlayıb.

Sənədə əsasən, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziyyəti və Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi nəzərə alınaraq Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin fevralın 7-də keçirilmiş iclasında hər iki tərəf üçün müraciət qəbul edilib.
“Komitə müraciətində Avropa Şurası Parlament Assambleyasını və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini danışıqlar prosesinə qayıtmaq və bu gün nə qədər kəskin görünsə də, demokratiya və qanunun aliliyi prinsiplərini rəhbər tutaraq, konstruktiv dialoq yolu ilə tərəflər arasında yaranmış məsələləri həll etmək üçün imkan tapmağa çağırır”, - deyə müraciətdə qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO