“Ötən gün ilk dəfə idi ki, Azərbaycanda keçirilən Prezident seçkilərində iştirak etdim. Çox xoşbəxtəm ki, burada iştirak edə bildim. Bütün prosesi izlədim. Deyə bilərəm ki, çox şəffaf, qanuna uyğun, sakit və möhtəşəm seçki prosesi keçdi”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ASEAN Parlamentlərarası Assambleyasının (AIPA) komitə sədri Saniya Praseut deyib.
MÖVZU İLƏ BAĞLI:
Dünya liderlərindən İlham Əliyevə təbrik zəngləri gəlməkdə DAVAM EDİR - YENİLƏNİR
Azərbaycandakı seçkilərin demokratik formada təşkil edildiyini bildirən komitə sədri, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyənlərə seçki nəticələrinin tutarlı cavab olduğunu diqqətə çatdırıb.
“Mərkəzi Seçki Komissiyası seçkiləri yüksək səviyyədə təşkil etmişdi. Mən 7 dairədə oldum. Bu dairələrdə seçki prosesini izlədim və seçicilərin aktivliyini müşahidə etdim. Hər şey qaydalara uyğun həyata keçirildi. Yekun nəticələr onu göstərir ki, hər şey demokratik qaydada təşkil edilib və demokratik qaydada yekunlaşıb. Yekun nəticələr qərəzli münasibət göstərənlərə cavabdır”, - deyə S.Praseut əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media