Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ş.Mişel "X" hesabında yazıb.
“Azərbaycan Prezidenti İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı ilə bağlı ən xoş arzularını ifadə etdim. ATƏT/DTİHB ilə davamlı əlaqənin vacibliyini vurğuladım.
Həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlıq, o cümlədən əlaqələnmə və enerji məsələləri müzakirə olundu.
Azərbaycan və Ermənistan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı. Sabit və firavan Cənubi Qafqazın inkişafı naminə Brüssel prosesi çərçivəsində üçtərəfli görüşü bərpa etməklə bağlı Azərbaycan tərəfinin öhdəliyini alqışlayıram”, - Aİ lideri vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:00 / 08.02.2024
Şarl Mişel İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Şarl Mişel İlham Əliyevi təbrik etdi
Hazırda oxunan: Şarl Mişel İlham Əliyevi təbrik etdi
177277
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.