Gia Xuxaşvili: “Xalq olaraq Azərbaycana qibtə edirik”

Gia Xuxaşvili: “Xalq olaraq Azərbaycana qibtə edirik”

Hazırda oxunan: Gia Xuxaşvili: “Xalq olaraq Azərbaycana qibtə edirik”

177270

“Son tarixi hadisələrə əsaslanaraq, 7 fevral növbədənkənar prezident seçkiləri Azərbaycanda ümumxalq bayramı kimi keçdi. Baş verən pozitiv hadisələr Azərbaycan xalqının qədirbilənliyinin və xalqın sevgisini qazanan liderin rəhbərliyi altında əldə edilən böyük uğurlara ümumbəşəri məhəbbət və ehtiramın təsdiqidir”.

Bunu 7 fevralda Azərbaycanda baş tutan növbədənkənar prezident seçkiləri barədə Bizim.Media-ya danışan Gia Xuxaşvili deyib.

O bildirib ki, seçkilər tam şəffaf görünür: 

“Düşünmürəm ki, seçkilərin nəticələrini şübhə altına almaq istəyən kimsə olsun. Azərbaycanda son dövrlər baş verən hadisələrin dünyada anoloqu yoxdur. Müasir dünyada nadir haldır ki, xalqla onun prezidenti arasında təbii və sarsılmaz birlik mövcuddur. Hazırkı məqamda, Azərbaycan xalqı ilə onun lideri arasında olan bağı parçalaya biləcək heç bir qüvvə yoxdur. Biz bir xalq olaraq Azərbaycana qibtə edirik”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO