İlham Əliyev:

İlham Əliyev: "Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası var"

Hazırda oxunan: İlham Əliyev: "Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası var"

177268

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğulayıb. 

Bizim.Media xəbər verir ki, dövlət başçısı bunu fevralın 8-də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. 

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrini böyük əhəmiyyət daşıdığını bildirib. 
Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Prezident İlham Əliyev və onun ailə üzvləri Xankəndidə seçki məntəqəsində səs veriblər. 

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO