“Bizim partiya Azərbaycanda keçirilən bələdiyyə, parlament seçkilərində müşahidəçi və namizədlə, Prezident seçkilərində isə müşahidəçi qismində iştirak edərək böyük seçki təcrübəsi qazanıb. Bu təcrübədən istifadə edərək 7 fevral Azərbaycan Respublikası Prezidenti seçkilərində də öz müşahidə missiyamızla yaxından iştirak etdik”.
Bunu Bizim.Media-ya açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Millət vəkili Asim Mollazadə deyib.
O bildirib ki, bütün ölkə ərazisində və bir sıra seçki dairələrində, həmçinin onlarla seçki məntəqəsində müşahidələr aparan partiyanın üzvləri seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyi haqda qeydlərini partiyanın rəhbərliyi ilə bölüşüblər:
“Bununla yanaşı səsvermə prosesi birbaşa partiyanın qərargahından onlayn şəkildə də müşahidə edilib və veb-kameralar qurulmuş məntəqələrdəki səsvermə haqqında qeydlər ümumiləşdirilib. Seçkilərlə bağlı Demokratik İslahatlar Partiyası Bəyanat da yayıb.
Həmin bəyanatda deyildiyi kimi partiyanın yekdil qərarına əsasən 7 fevral tarixli Prezident seçkiləri sakit məcrada keçib, səsvermə məntəqələrinə sərbəst giriş tam təmin edilib, seçicilərin qeydiyyatı ilə bağlı proses boyu hansısa narahatlıq yaşanmayıb. Bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçib, səslərin sayılması açıq və şəffaf təşkil olunub, heç bir problem qeydə alınmayıb.
Hər bir seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərilib. Məntəqələrdəki və dairələrdəki səsvermə sayını özündə əks etdirən protokolların nümunələri seçki bitəndən dərhal sonra müvafiq lövhələrdən asılıb və müşahidəçilərə təqdim olunub”.
Partiya sədri onu da əlavə edib ki, seçkiöncəsi prosesdə namizədlər üçün yaradılmış demokratik şərait və imkanlar da Demokratik İslahatlar Partiyası tərəfindən təqdir olunub:
“Namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilibr. Seçkidə Azərbaycan xalqı öz iradəsini ifadə edərək ölkəsinə qələbələr qazandıran İlham Əliyevi yenidən ölkə Prezidenti seçilib. Xalqın seçim azadlığının göstəricisi olan bu möhtəşəm qələbə münasibətilə İlham Əliyevi və bütün Azərbaycan xalqını təbrik edirik”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:50 / 08.02.2024
Partiya sədrindən seçkilərlə bağlı MÜHÜM AÇIQLAMA – “Müşahidələrimiz göstərdi ki...”
Hazırda oxunan: Partiya sədrindən seçkilərlə bağlı MÜHÜM AÇIQLAMA – “Müşahidələrimiz göstərdi ki...”
Hazırda oxunan: Partiya sədrindən seçkilərlə bağlı MÜHÜM AÇIQLAMA – “Müşahidələrimiz göstərdi ki...”
177253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.