Qırğızıstanlı deputat: “Bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı”

Qırğızıstanlı deputat: “Bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı”

Hazırda oxunan: Qırğızıstanlı deputat: “Bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı”

177225

“Müşahidələrimizə əsasən deyə bilərəm ki, bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı”. 

Bizim.Media xəbər verir ki, bunu Qırğızıstan parlamentinin heyət rəhbəri İskəndər Matraimov növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib. 

“Mən həm Qırğızıstan parlamentinin, həm də MDB Beynəlxalq Assambleyasının müşahidəçisi kimi seçkilərdə iştirak etdim. Seçkidə iştirak edən nümayəndələr üçün real imkanlar yaradıldı.

Həm çap, həm də elektron mediada 7 fevralda keçirilən seçkilərdə iştirak edən namizədlərin öz kampaniyalarını aparması üçün şərait yaradıldı. Müşahidələrimizə əsasən deyə bilərəm ki, bütün namizədlərin hüquq və azadlıqları nəzərə alınmışdı. Bu seçkilərin digərlərindən fərqi odur ki, bütün Azərbaycan ərazisində keçirildi. Həmçinin bütün seçicilər üçün, həmçinin tənha yaşayan, seçki məntəqəsinə gedə bilməyənlər üçün könüllülər tərəfindən səyyar xidmətlər göstərildi. Bu da sülh içində aparılan seçkinin göstəricisidir” - deyə o bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO