Ağalıda başlayıb Xankəndidə başa çatan ZƏFƏRİN SEÇKİSİ...

Ağalıda başlayıb Xankəndidə başa çatan ZƏFƏRİN SEÇKİSİ...

Hazırda oxunan: Ağalıda başlayıb Xankəndidə başa çatan ZƏFƏRİN SEÇKİSİ...

177217

Ötən gün ölkəmizdə növbədənkənar Prezident seçkləri keçirildi. Bu seçki Azərbaycan müstəqil olan gündən bu yana ilk seçki idi ki, ərazi bütövlüyümüz, sərhədlərimiz daxilində keçirilirdi.
Qürurvericidir, deyilmi?! 

Ələxsus da ona görə ki yeddidən-yetmişə bütün xalqımız Vətən savaşında olduğu kimi bir yumruq olmağı bacardı.

Şəkidən seçkiyə qatılan, həyatın bütün ağrı-acılarını yaşayan 97 yaşlı Soltan Xəlilovun “Bu başqa bir Azərbaycandır. Əli dualı gəlib, dili dualı gedirəm” deməsi Zəfər seçkisinin asan başa gəlmədiyini anlayan bu ahıl insanın yaşadıqlarını tam ifadə edir. 

Ad günü Zəfər seçkisinə təsadüf edən Məhəmməd Rəcəbovun “Biz bu seçkiyə görə şəhid və qazilərimizə borcluyuq” deyərək qutuya yaxınlaşması yaxud təhsil aldığı Türkiyənin Ankara şəhərindən vətənə gələrək seçkiyə qatılan daha bir gəncimiz Aqşin Abdulhəmidovun “Bir gənc olaraq bu tarixi günü əldən verə bilməzdim” deməsi sabaha olan ümidlərimizə işıq saçır. 

44 günlük Vətən Müharibəsinin Qəhrəmanı Balakəndən olan şəhidimiz Amin Novruzovun atası Tacəddin Mohumaoğlunun “Ərazi bütövlüyümüz şəraitində keçirilən Prezident seçkiləri şəhidlərin qanının yerdə qalmadığının sübutudur” deməsi sadəcə bir atanın deyil, bütün şəhid valideynlərinin arzusunun ifadəsi kimi başa düşülməlidir. 
Səs verən seçicilər sırasında Sənanə Omarova ilə də tanışlıq və dinləmək də qürurverici idi. İki qız övladı olan şəhid Vüsal Omarovun xanımı deyir ki, bu günün qüruru tamam başqadır və zaman gələcək bu tarixi gün yaddaşlara xoş xatirə kimi həkk olunacaq. Sənanə xanım şəhid əmanətlərini qəhrəman ataları kimi vətənpərvər yetişdirəcəyinə əmindir.

Xocalıdan, Şuşadan, Kəlbəcərdən və digər ərazilərdən bir zaman ayaqyalın çıxanlar dünən o yurdlarda qürurla, fəxrlə seçkiyə getdilər - Zəfər seçkisinə.

Zəfər seçkisinin fərqi də elə budur... 

Ağalıdan başlayan Böyük Qayıdışın Zəfər marşları dünən Xankəndidə, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən major notlarla tarixin qızıl yaddaşına həkk olundu.
Zəfərin mübarək Vətən, Müzəffər Komandan!

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO