“Bu seçkinin əvvəlki seçkilərdən əsas fərqi o idi ki, Azərbaycanın bütün ərazilərində keçirilirdi. Bu da Azərbaycanın ərazi bütövlüyünün təsbiti idi”.
Bunu 7 fevral-növbədənkənar prezident seçkliləri ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Ağ Partiyanın başqanı Tural Abbaslı deyib.
O təəssüflə bildirib ki, müstəqilliyimizi yenidən bərpa edəndən sonra heç bir seçki ölkə hüdudlarını tam əhatə etməmişdi:
“Qarabağ və ətraf rayonlarda uzun zaman seçkilər keçirilməmişdi. Amma ötəngünkü seçkilər bütün ölkə ərazisində keçirilirdi. Bu da böyük hadisə idi. Bunun siyasi anlamdan daha çox mənəvi anlamı vardı. Məhz buna görə dünənki səsvermə daha izdihamlı və gur geçdi. İnsanlar 30 il içlərində qalmış nisgili sanki bu seçki günündə kənara atmaq istəyirdi. Təbii ki, boşalan nisgilin yerini də sevinc, qürur hissi doldururdu”.
Tural Abbaslı onu da qeyd edib ki, namizədlər arasında şəksiz lider olan İlham Əliyevin komandasının seçki kampaniyasına “Qalib xalqın, qalib lideri” devizi ilə başlaması da təsadüf deyildi:
“Xalq da əsasən Qarabağ amilinə görə bu seçkilərə daha çox maraq göstərirdi. Bu seçkilər Qarabağdakı qalibiyyət və yeni çağırışlar fonunda keçirildi. Nəticələr də bunu təsdiqlədi.
Vətənə, millətə xeyirli-uğurlu olsun.
Bildiyim qədər, bütün namizədlər də dünən gecə seçkilərin nəticələrini tanıdıqlarını və Prezident İlham Əliyevi təbrik etdiklərini bəyan etdilər. Əslində sürpriz gözlənilmirdi. İlham Əliyev namizədlər arasında lider idi”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:20 / 08.02.2024
“Dünənki seçkilər ərazi bütövlüymüzün təsbiti idi” – Tural Abbaslı
Hazırda oxunan: “Dünənki seçkilər ərazi bütövlüymüzün təsbiti idi” – Tural Abbaslı
Hazırda oxunan: “Dünənki seçkilər ərazi bütövlüymüzün təsbiti idi” – Tural Abbaslı
177190
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.