Fevralın 8-də Rusiya parlamentinin müşahidə missiyası fevralın növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Bizim.Media xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Qriqori Karasin seçkilərin təşkilinin açıq formatda və məqbul səviyyədə olduğunu qeyd edib.
O, Bakıda 9-a yaxın seçki məntəqəsini ziyarət etdiyini bildirib.
“İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər və onların üzlərində təbəssüm var idi. Bu da çox vacib məqam idi. Mən yaxşı mənada təəccübləndim ki, seçki prosesi geniş zalları olan binalarda keçirilirdi. Seçkilər məhz məsuliyyətli şəkildə və səlahiyyətli çərçivədə təşkil olunmuşdu. Bütün beynəlxalq müşahidəçilərə müşahidə üçün yaxşı şərait yaradılmışdı”, - deyə Q.Karasin deyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 08.02.2024
Qriqori Karasin: "İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər"
Hazırda oxunan: Qriqori Karasin: "İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər"
Hazırda oxunan: Qriqori Karasin: "İnsanlar səs vermək üçün öz növbəsini gözləyirdilər"
177189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.