“Bildiyiniz kimi, bu gün biz əlaqələrin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını müzakirə edirik. Zəngəzur koridoru Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Türkiyə üç ölkənin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun iştirakçısı deyil. Ancaq müzakirə etdiklərimiz məsələlərə dair Türkiyəyə tərəfimizdən məlumat verilir”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan əlaqələrlə bağlı çətinliklərə son qoymaq, tranzit ölkəyə çevrilmək istəyirsə, bunu yalnız Türkiyə təmin edə bilər:
“Ermənistan tranzit ölkəyə çevrilmək üçün hər hansı fürsət istəyirsə, ünsiyyətdəki çətinliklərə son qoymaq istəyirsə, bunu yalnız Türkiyənin təmin etməsi mümkündür. Bildiyim qədərilə Türkiyə hökuməti buna hazırdır. Top yenidən Ermənistan tərəfindədir”.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:14 / 13.04.2021
“Zəngəzur dəhlizi Türkiyənin razılığı olmadan açıla bilməz” - İlham Əliyev
Hazırda oxunan: “Zəngəzur dəhlizi Türkiyənin razılığı olmadan açıla bilməz” - İlham Əliyev
Hazırda oxunan: “Zəngəzur dəhlizi Türkiyənin razılığı olmadan açıla bilməz” - İlham Əliyev
17718
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.