Şimali Kipr liderindən TƏBRİK: “Qardaş Azərbaycana xeyirli olsun” - FOTO

Şimali Kipr liderindən TƏBRİK: “Qardaş Azərbaycana xeyirli olsun” - FOTO

Hazırda oxunan: Şimali Kipr liderindən TƏBRİK: “Qardaş Azərbaycana xeyirli olsun” - FOTO

177120

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Tatar rəsmi  "X" hesabında bununla bağlı paylaşım edib.

“Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən Prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə liderlik edir.


Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO