“Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir.
Biz Rusiya Prezidenti Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik.
Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev ADA universitetində xarici diplomatlar qarşısında çıxış edir - CANLI
Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Rəsmi İrəvanın raketlər barədə bəyanatını qəribə adlandıran Prezident İlham Əliyev deyib:
“Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”.
Bizim.Media