Prezident İlham Əliyevin “İsgəndər-M” mesajı – Tofiq Zülfüqarovdan DETALLAR...

Prezident İlham Əliyevin “İsgəndər-M” mesajı – Tofiq Zülfüqarovdan DETALLAR...

Hazırda oxunan: Prezident İlham Əliyevin “İsgəndər-M” mesajı – Tofiq Zülfüqarovdan DETALLAR...

17698

“Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik, amma alacağıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışında səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşanı azad edəndən sonra “İskəndər- M”dən istifadə edilib” - Prezident - VİDEO


Azərbaycan liderinin Şuşada tapılan “İsgəndər-M” raketləri ilə bağlı söylədiklərinin kimə, hansı dövlətə, yaxud qüvvələrə mesaj olduğu çoxlarını düşündürür.

Ali Baş Komandanın sözügedən ismarıcı ilə bağlı eks xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla əlaqə saxladıq və ona “Ölkə başçısının tarixi sualı kimə ünvanlanıb?” sualını ünvanladıq.

Tofiq Zülfüqarovun cavabı isə belə oldu:

“Hesab edirəm ki, mesaj aydın şəkildə Rusiyaya ünvanlanıb. Heç kəsin buna şübhəsi olmasın. Burada bir çox məqamlara aydınlıq gətirilməlidir. Elə fikirləşirəm ki, “İsgəndər” raketləri heç vaxt ermənilərin əlinə verilməyib. Ermənistanda olan o raketlər Rusiyanın Gümrüdəki bazasına aiddir. Bu baxımdan, məsələnin açılması da çox vacib əhəmiyyət kəsb edir. 

İkinci məsələ ondan ibarətdir ki, silahın istifadə səbəbləri nə olub?

Çünki belə aydın olub ki, “İsgəndər” raketləri Şuşa bizim nəzarətimizdə olandan sonra atılıb. Yəni, məsələ bəlli olduğu üçün bu silahlardan istifadəyə lüzum yox idi. 

Ümumiyyətlə, “İsgəndər” raketləri indiki mərhələdə hərbidən daha çox siyasi məsələyə çevrilib. Bu raketlər əvvəlcə Ermənistan gündəmində fəsadlar yaradıb. Hazırda isə növbə Azərbaycanındır.

Rusiya çətin vəziyyətdədir. Çünki Kreml iki ölkə arasında öz addımlarına, apardığı siyasətə aydınlıq gətirməlidir. 

Bu sual həm İrəvanı narahat edir, həm də Bakını... Baxaq görək cavab nə olacaq”,- deyə Tofiq Zülfüqarov açıqlamasını bitirdi.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO