Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, nazir 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Bu məntəqənin seçici siyahısında 819 nəfər yer alır. İndiyədək 220 nəfər səs verib.
Qeydiyyatdan çıxma kağızı ilə səs verməyə gələnlər də var, hazırda onların sayı 9 nəfərdir. Daşınan qutudan istifadə edən və bu barədə müraciət edənlər hələ ki olmayıb. Səsverməsindən imtina edən şəxslər də qeydə alınmayıb. Şəxsiyyət vəsiqəsiz səsverməyə gələn olmayıb.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Bizim.Media