Prezident seçkilərində səsverməyə START VERİLDİ

Prezident seçkilərində səsverməyə START VERİLDİ

Hazırda oxunan: Prezident seçkilərində səsverməyə START VERİLDİ

176832

Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsverməyə start verilib.

Bizim.Media xəbər verir ki, səsvermə saat 08:00-da start götürüb. 

Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində aparılacaq. Seçicilərin sayı isə 6 milyon 478 min 623 nəfərdir. Seçkiləri 90 272 müşahidəçi izləyəcək. Onlardan 760 nəfəri beynəlxalq müşahidəçilərdir.

Səsvermə 19:00-da sona çatacaq.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparır:

İlham Əliyev – Yeni Azərbaycan Partiyası;

Zahid Oruc – Namizədliyi özü tərəfindən irəli sürülüb;

Fuad Əliyev – Namizədliyi özü tərəfindən irəli sürülüb;

Fazil Mustafa – Böyük Quruluş Partiyası;

Elşad Musayev – Böyük Azərbaycan Partiyası;

Qüdrət Həsənquliyev - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası;

Razi Nurullayev – Milli Cəbhə Partiyası.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO