Paşinyanın “DİL PƏHLƏVANLIĞI” – “Rusiya Ermənistana sanksiya tətbiq etsə...”

Paşinyanın “DİL PƏHLƏVANLIĞI” – “Rusiya Ermənistana sanksiya tətbiq etsə...”

Hazırda oxunan: Paşinyanın “DİL PƏHLƏVANLIĞI” – “Rusiya Ermənistana sanksiya tətbiq etsə...”

176669

Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikir və atdığı addımlar onun Rusiyadan uzaqlaşmaq  istəyinin real olduğunu düşünməyə əsas verir. Ölkənin siyasi liderləri Rusiya ilə münasibətləri, xüsusən də hərbi sahədə əməkdaşlığı perspektivsiz qiymətləndirirlər. Bu əsasda da onlar düşünür ki, Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır.

Qarşılıqlı mesajlar

Belə fikirlər son zamanlar baş nazir Paşinyan tərəfindən də səslənir. O bildirib ki, Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməz:
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan bir daha Rusiyaya meydan oxudu: “Əməkdaşlıq keçmişdəki kimi ola bilməz”


“Biz başa düşməliyik ki, hərbi və hərbi-texniki əməkdaşlığı kiminlə inkişaf etdirməliyik. Əvvəllər konsepsiya ilə bağlı heç bir çətinlik olmadığı kimi, belə bir məsələ də yox idi. Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 faizi Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən ola bilməz”.

Paşinyan bildirib ki, Ermənistan ictimaiyyəti İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurmağı, KTMT-də qalıb-qalmayacağını başa düşməlidir.

Paşinyanın bu açıqlaması Rusiyaya meydan oxuduğunun göstəricisidir. Belə olan halda, aydın məsələdir ki, Kreml Paşinyanın bu əməllərinə seyrçi qalmayacaq. Hələlik Moskva sadəcə olaraq, XİN sözçüsü Mariya Zaxarovanın dili ilə Paşinyana odla oynadığını anlatmağa çalışır.

Amma görünən odur ki, Paşinyan hələlik ağıllanmaq niyyətində deyil. Mövcud vəziyyətin davam etməsi fonunda Rusiya növbəti mərhələdə ola bilsin artıq Paşinyanı cəzalandırmaq yolunu tutsun.

“Rusiya sanksiya tətbiq etsə...”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiyanın Ermənistana hər hansı bir sanksiya tətbiq etməsi bu dövlətin mövcudluğuna son qoyulması üçün kifayətdir: 

“Rusiya Ermənistan münasibətlərində aparıcı bənd Moskvadır. Belə olan halda münasibətlərin gedişini, oyunun hansı qaydalarla aparılmasını hegemon qüvvə müəyyən edir. Ermənistan son zamanlar Rusiyanın son dərəcədə əlverişsiz, zərərli olduğunu diqqətə gətirməklə, ona qarşı demarşlar etməklə sözsüz ki, həddini aşır. İrəvanın bu sayaq hərəkətləri Paşinyan hakimiyyətinin mövcudluğu üçün son il ola bilər. 

Rusiyanın Ermənistana yaranmış vəziyyətdə hər hansı bir sanksiya tətbiq etməsi kifayətdir ki, Ermənistanın dövlət olaraq mövcudluğu gündəmə gəlsin”. 

Həmsöhbətimiz deyir ki, Ermənistan tamamilə Rusiyadan asılıdır: 

“Ermənistan iqtisadiyyatı rus biznesinin əlindədir. Bu mənada İrəvanın Rusiyaya qarşı manevr etmək imkanları yox dərəcəsindədir. Paşinyanın keçən ilin sonlarında Moskvaya səfəri bir daha göstərdi ki, ölkəsi və özü nə dərəcədə kölə vəziyyətindədir.  Digər tərəfdən, İrəvanın Rusiyadan uzaqlaşmasını istəyən Qərb ona vədlər versə də, hələ ki, bunların heç biri reallıqda öz təsdiqini tapmayıb. Bu müstəvidə Ermənistan yalnız dil qəhrəmanlığı göstərir. Çünki başqa variantları yoxdur”.   

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO