Ukraynada HAKİMİYYƏT BÖHRANI – “Ölkə parçalanacaq, yerində isə...”

Hazırda oxunan: Ukraynada HAKİMİYYƏT BÖHRANI – “Ölkə parçalanacaq, yerində isə...”

176657

İki ildir müharibə şəraitində yaşayan Ukraynada artıq hakimiyyət böhranı yaranıb. Ukrayna Prezidenti Volodimir Zelenski ilə ordunun baş komandanı Zalujnı arasında ziddiyyətlər pik nöqtəyə çatıb.

Zelenski onu vəzifəsindən uzaqlaşdırmağa çalışır. İtaliya mətbuatına açıqlamasında Ukrayna Prezidenti ordunun baş komandanını dəyişmək barədə düşündüyünü təsdiqləyib. 

Qeyd edək ki, onlar arasında fikir ayrılıqları əsasən müharibənin strategiyası, mobilizasiya məsələləri ətrafndadır. Zalujnı isə hələlik Prezidentə müqavimət göstərir. Bu isə onu deməyə əsas verir ki, Zalujnının istefaya göndərilməsi heç də asan məsələ olmayacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski: "Ərazilərimizin 26 faizi işğal altındadır"


Baş komandanın ordu və mülki insanlar arasında geniş nüfuz sahibi olduğunu nəzərə alsaq, Zelenskinin belə bir addım atması ölkə daxilində ağır olan vəziyyətin istər-istəməz daha da pisləşməsilə nəticələnə bilər. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirir ki, Ukrayna daxilindəki çəkişmələr bu ölkənin bir neçə yerə parçalanmasına gətirib çıxara bilər:

“Ukrayna daxilində baş verən hadisələr gözlənilən idi. Çünki həm Rusiya, həm də Qərb Ukraynada gedən proseslərdən narahatdır. Rusiya bu məsələləri Avropa və Fransanın əlilə həyata keçirir. Rusiyanı dəstəkləyən, onunla bu və ya digər formada üz-üzə gəlməyən Avropa dövlətləri də var. 

Amerika da başa düşür ki, Rusiyanı zəiflətmək Çini gücləndirmək deməkdir. Pekin isə Vaşinqtonu cəzalandırmaq üçün hər şey etməyə hazırdır. Çin Sakit okean üzərində öz hakimiyyətini yaratmaq gücündədir. Bütün bunlar onu göstərir ki, ABŞ mövqelərini itirmək üzrədir. Bu səbəbdən ABŞ Türkiyə ilə münasibətlərini normallaşdırmaq məcburiyyətində qaldı. Pərdəarxasında bu və ya digər şəkildə Fransa üzərindən Rusiya ilə oyun oynayır. Yaranmış vəziyyətdə Ukraynanı bir neçə yerə parçalanma gözləyir”. 

Həmsöhbətimiz iddia edir ki, Ukraynanın parçalanması Avropaya da lazımdır:

“Görünür, o da artıq istəyinə çatır. Ukrayna ərazi baxımından Avropanın ən böyük dövlətidir ki, bu da “köhnə qitə” ölkələrini narahat edir. Rusiya Ukraynanın 6 əyalətini nəzarətə götürüb. Onun qərbindəki bir sıra əraziləri isə Polşa, Macarıstan və Rumıniya arasında bölünəcək. Ortada qalan 7-8 əyalətdən isə kiçik Ukrayna düzəldəcəklər”. 

Ekspertin fikrincə, Zelenski Qərbin layihəsidir. O, Ukrayna xalqına xidmət etmir:

“Böyük güclər hansı ölkəni ələ keçirmək istəyirsə, həmin dövlətdə hakimiyyətə qeyri-peşəkarları gətirirlər. Bu qeyri-peşəkarlar da adətən millətçi olurlar. Amma millətçilərin hissləri hər şeyin üstündə olur və onlar adətən düşünmədən qərar verirlər. Zelenski layihə olaraq ortaya atıldı. O, isə Ukraynanı ağır günə saldı. 

Ukraynanı xilas etməyə çalışan isə Zalujnıdır. O da baş komandan kimi, Qərbin və ABŞ-ın maraqlarına uyğun gəlməyən adamdır. Zalujnı həmçinin, göndərilən vəsaitlərin talanmasına da imkan vermirdi. Sonradan bəlli olacaq ki, ən böyük korrupsioner məhz Zelenskinin özü olub. Müharibə artıq iki ildir davam edir. Çalışacaqlar ki, Ukrayna problemlərilə tək-tənha qalıb, ərazi itkisi şərtilə Rusiya ilə razılığa gəlsin. Çünki Ukrayna artıq hərbi cəhətdən də uduzur”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO