Azərbaycanın Pakistandakı səfirliyindəki seçki məntəqəsi səsverməyə hazırdır

Azərbaycanın Pakistandakı səfirliyindəki seçki məntəqəsi səsverməyə hazırdır

Hazırda oxunan: Azərbaycanın Pakistandakı səfirliyindəki seçki məntəqəsi səsverməyə hazırdır

176476

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində yaradılan seçki məntəqəsində səsverməyə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Səfirlikdən Bizim.Media-ya bildirilib ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb. 

Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları ölkəmizin etibarlı pasport və ya şəxsiyyət vəsiqəsi ilə fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər.

Pakistanda yaşayan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb.
Azərbaycanın Pakistandakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO