“Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq, 5 milyard dolları bizə heç kim hədiyyə etməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahları 5 milyard dollardır Azərbaycan silahları pulla alıb”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidneti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşündə danışıb.
Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistana şans verirdik:
“Hələ 2016-cı ildə Aprel döyüşləri zamanı Ermənistana şans verdik. Və o vaxtki xunta başçısı Sarkisyan acı məğlubiyyətdən sonra torpaqları geri qaytarmaq sözü vermişdi mənə.
O vaxt Aprel döyüşləri gedə-gedə gecə-gündüz Moskvaya, Rusiyanın Baş Qərargah rəisinə zəng edirdilər ki, Azərbaycana deyin ki, müharibə dayansın.
Yalvarırdılar. Biz o şərtlə dayandırdıq ki, dərhal danışıqlar başlasın. Bir ay sonra Vyanada Minsk qrupunun həmsədrləri ölkələrinin XİN rəhbərləri səviyyəsində görüş keçirildi”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:39 / 12.04.2021
“Aprel döyüşlərindən sonra Sarkisyan torpaqları geri qaytarmağı söz vermişdi” - İlham Əliyev
Hazırda oxunan: “Aprel döyüşlərindən sonra Sarkisyan torpaqları geri qaytarmağı söz vermişdi” - İlham Əliyev
Hazırda oxunan: “Aprel döyüşlərindən sonra Sarkisyan torpaqları geri qaytarmağı söz vermişdi” - İlham Əliyev
17632
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.