Paşinyan referenduma GEDƏRSƏ... – Ermənistan Konstitusiyasında nələr DƏYİŞDİRİLMƏLİDİR?

Paşinyan referenduma GEDƏRSƏ... – Ermənistan Konstitusiyasında nələr DƏYİŞDİRİLMƏLİDİR?

Hazırda oxunan: Paşinyan referenduma GEDƏRSƏ... – Ermənistan Konstitusiyasında nələr DƏYİŞDİRİLMƏLİDİR?

176288

Artıq bir müddətdir baş nazir Paşinyan Ermənistanda yeni Konstitusiyanın qəbulunun vacibliyini önə çıxarmağa başlayıb. Paşinyan bildirir ki, ölkəsinin gələcəyi məhz yeni Konstitusiyanın qəbulundan keçir.

Hazırkı Konstitusiyada mövcud olan bir sıra müddəalar Ermənistanın gələcək inkişafı, qonşuları ilə normal münasibətlər qurmasına əngəldir. Onun nəticəsində son zamanlar Ermənistan cəmiyyətində sözügedən məsələ diqqət mərkəzinə keçib.  

Görəsən, Ermənistan Konstitusiyasında hansı dəyişikliklər edilməlidir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirir ki, Ermənistanın Konstitusiyası və bir çox digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları var:

“Bu məsələ uzun müddətdir ki, müzakirə olunur. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin şərtlərindən biri kimi, Ermənistan Konstitusiya və digər qanunverici aktlarında müvafiq dəyişikliklərin edilməsi zəruridir. Ermənistanın Konstitusiyası və bir çox normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddiaları var. 

Hətta onların Müstəqillik Aktında “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsilə bağlı qərar da mövcuddur. Doğrudur, o zaman SSRİ Konstitusiya Məhkəməsi bu qərarı ləğv edib. Amma ermənilər bu müddəanı özlərinin Konstitusiyasında saxlamaqda davam edirlər. İrəvanın Türkiyəyə qarşı da ərazi iddiası var. Himnləri və gerblərində də ərazi iddiaları özünü göstərir”. 

Hüquqşünas deyir ki, sülh sazişi imzalanarkən, İrəvanın Konstitusiya aktında hazırkı müddəaların qalması istənilən vaxt sülh müqaviləsinin etibarsız hesab edilməsinə gətirib çıxarması ilə bağlı hüquqi mübahisələr yarada bilər:

“Eyni zamanda, bu hər zaman ideoloji əsasa çevrilərək, Ermənistanda revanşizmə hüquqi əsas verə bilər. Bu baxımdan Paşinyanın və digər erməni rəsmilərinin açıqlamalarında yeni Konstitusiyanın qəbulu ilə bağlı məsələlər müzakirəyə çıxarılıb. Belə müzakirələrin aparılması zəruridir və gələcək sülh müqaviləsinin imzalanmasının mühüm şərtlərindən biridir”. 

Həmsöhbətimiz qeyd edir ki, Cənubi Qafqaza sülhün gəlməsi hər şeydən əvvəl Ermənistanın qonşularına münasibətdə ərazi iddialarından imtina etməsilə nəticələnməlidir:

“Bu da bütün hüquqi sənədlərdə öz əksini tapmalıdır. Düşünürəm ki, artıq erməni cəmiyyəti də başqa ölkələrə ərazi iddialarından usanıb. Çünki bu ölkə dövlətə çevrilmək istəyir. Doğrudan da Ermənistan dövlətinin varlığını istəyirlərsə, öncə dövlətin mühüm atribut və simvollarına diqqətli yanaşmalıdırlar. Burada digər ölkələrlə düşmənçiliyə gətirib çıxaracaq normalar olmamalıdır. O, baxımdan da həmin məsələ Ermənistan dövlətinin mövcudluğunun mühüm şərtidir.

Münasibətlərə xələl gətirən həmin müddəaların konstitusion normada saxlanılması fonunda artıq digər aktların olub-olmasının heç bir əhəmiyyəti olmayacaq. Həmin müddəalar konstitusion normadan çıxarılsa, digər aktlar da Konstitusiyaya zidd ola bilməz. Belədə yaranmış vəziyyət prosesə maneə olan digər aktların da avtomatik olaraq Konstitusiyadan çıxarılmasına gətirib çıxaracaq”.  

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO