“ABŞ, İsrail və onların bütün müttəfiqlərinə mesajımız budur ki, biz müharibə axtarmırıq, lakin düşmənlərimiz axmaqdırsa və İranın maraqlarına zərər vermək istəyirlərsə, özümüzü müdafiə etməkdə əlimiz bağlı deyil”.
Bu sözləri İranın hüquq məsələləri üzrə vitse-prezidenti Məhəmməd Dehqan deyib.
İki ölkə arasında gərginliyin artdığı bir dönəmdə ekspertlərin bir çoxu İran və ABŞ-ın gizli müttəfiq olduqlarını deyirlər.
Bəs, o zaman bu təhdid şousu nəyə hesablanıb?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, ABŞ və İranın müttəfiq olduğunu düşünmür:
“Bəzi rabitə üsulları ilə iki ölkənin bir çox mövzulara aid danışıqları gedir. ABŞ siyasətinə irad tutanlardan biri də İsraildir. Çünki İsrail tələb edir ki, İrana qarşı sərt addımlar və siyasət yürüdülsün. ABŞ-ın indiki adminstrasiyasının İsraillə münasibəti o qədər də yaxşı deyil. Hətta bir neçə ay bundan öncə İsrailin müdafiə nazirləri, təhlükəsizlik üzrə məsul şəxsləri ABŞ-a gedib, uzun müddət orada danışaılqar aparıb.
ABŞ istəmir ki, İranla açıq hərbi qarşıdurmaya getsin.
İsrail ilə olan hadisələrə nəzər yetirsək, görərik ki, İranın HƏMAS-la əlaqəsi çox nisbidir. Çünki onlar sünni ideologiyasını təmsil edirlər, radikaldılar, amma şiə deyillər. Livanda yerləşən hərbi birləşmələri diqqətə alsaq, başa düşərik ki, onlar vəziyyətə bir o qədər də müdaxilə etmirlər. İran da istəmir ki, qarşıdurma hərbi səviyyəyə çatsın. Mən o fikirdəyəm ki, indiki mərhələdə Abş və İran arasında qarşıdurma birbaşa hərbi toqquşamlara gətirib çıxarmayacaq.
Azərbaycan olaraq biz o mövqedəyik ki, qonşumuz olan İranın heç bir müharibəsi olmasın, problemlər sülh yolu ilə həll edilsin”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 03.02.2024
Üzdə düşmən, reallıqda isə... – ABŞ və İran gizli müttəfiqlərdir?
Hazırda oxunan: Üzdə düşmən, reallıqda isə... – ABŞ və İran gizli müttəfiqlərdir?
Hazırda oxunan: Üzdə düşmən, reallıqda isə... – ABŞ və İran gizli müttəfiqlərdir?
176283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.