Allahşükür Paşazadə Əfqanıstanın yeni səfirinə xeyir-dua verdi

Allahşükür Paşazadə Əfqanıstanın yeni səfirinə xeyir-dua verdi

Hazırda oxunan: Allahşükür Paşazadə Əfqanıstanın yeni səfirinə xeyir-dua verdi

17624

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanullah Ceyhunu qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib.

Səfiri səmimi salamlayan QMİ sədri A. Paşazadə Azərbaycanla Əfqanıstan arasında dostluq, qardaşlıq münasibətlərinin dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun yüksələn xətlə inkişafını məmnuniyyətlə qeyd edib.

O, ölkəmizə yeni təyin olunmuş Əfqanıstan səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi və cənab səfirə fəaliyyətində xeyir-dualar diləyib.

Əfqanıstan dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri A. Paşazadə Azərbaycanla Əfqanıstan arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin önəm kəsb etdiyinə və davamlı inkişaf etdirilməsinin vacib olduğuna diqqəti çəkdi.

Səfir Amanullah Ceyhun Qafqazın, Azərbaycanın nüfuzlu dini lideri ilə görüşmək fürsətinə görə minnətdar olduğunu bildirdi və Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həliminin səmimi salamlarını QMİ sədri A. Paşazadəyə yetirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO