“Xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik” - Dövlət başçısı

“Xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik” - Dövlət başçısı

Hazırda oxunan: “Xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik” - Dövlət başçısı

17622

“Mən 2003-cü ildə hakimiyyətə gələndə söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacam və buna əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu”.

Bizim.Media xəbər verir ki, bu  fikirləri  Azərbaycan Prezidneti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşündə səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Şuşanı azad edəndən sonra “İskəndər- M”dən istifadə edilib” - Prezident - VİDEO


Prezident qeyd edib ki, düşmənin bütün cəhdlərinə baxmayaraq onlara güzəşt olunmadı:

“Halbuki təhdidlər olmuşdu, təzyiqlər olmuşdu, mənə qarşı çevriliş cəhdləri olmuşdu. 2003-cü ildə AXC-Müsavat cütlüyünün çürüntüləri hərbi çevriliş etmək istəmişdilər. Alınmadı, xalq dəstəkləmədi. Sonra narıncı inqilab etmək istədilər. Narıncı çadrlar gətirilmişdi.

Məqsəd satqınları hakimiyyətə gətirmək idi. Onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək.

Mən bunu qoymurdum. Bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt narıncı inqilab dəmbi var idi. Bu inqilabların axırı necə oldu indi hər kəs görür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO