Sahibə Qafarova: “Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir”

Hazırda oxunan: Sahibə Qafarova: “Fransa Cənubi Qafqazda sülhün əldə olunmasını istəmir”

176198

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Fransanın Azərbaycana qarşı davranışlarını kəskin tənqid edib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə danışıb.

S.Qafarova Fransanın Cənubi Qafqazda sülhün əldə olunmasını istəmədiyini və Ermənistanı silahla təmin etdiyini bildirib. O deyib ki, bu, sülhə xidmət etməyən və yeni münaqişəni alovlandırmaq niyyətində olan yanaşmadır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, məhz Azərbaycanın işğal siyasətinin qurbanı olmasına baxmayaraq, Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Lakin münaqişənin başa çatmasından 3 il ötməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan yayınır, üzərinə götürdüyü öhdəliklərinin icrasını ləngidir.
S.Qafarova Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını, özünün də ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılmasını tələb etdiyini bildirib. Diqqətə çatdırıb ki, Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları əksini tapır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO