Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin rəsmi “X” hesabında qeyd olunub.
“7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılıb. ABŞ-də daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) arası etibarlı Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, - deyə müraciətdə bildirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:47 / 01.02.2024
Səfirlik ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib - FOTO
Hazırda oxunan: Səfirlik ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib - FOTO
Hazırda oxunan: Səfirlik ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib - FOTO
176184
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.