Ukraynalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ukraynalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Ukraynalı nazir Azərbaycana TƏŞƏKKÜR ETDİ

175944

2024-cü ilin yanvar ayında Ukrayna Azərbaycandan növbəti humanitar yardım partiyasını, o cümlədən bərpa işləri üçün 25 partiya enerji avadanlığını qəbul edib. Mövzuya Ukraynanın energetika naziri German Qaluşenko münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna Energetika Nazirliyinin rəsmi saytında yer alıb.

Nazirin sözlərinə görə, göndərilən avadanlıq Ukraynanın enerji şirkətləri tərəfindən rəqiblərin atəşinə məruz qalan obyektlərin bərpası üçün istifadə olunacaq:

"Görülən işlər enerji sisteminin stabil fəliyyətini dəstəkləməyə və istehlakçıların elektrik enerjisi və istilik təchizatına olan ehtiyacını qarşılmağa imkan verir. Tərəfdaşlarımıza bu yardıma görə minnətdarlığımızı bildiririk".

Xatırladaq ki, yanvarın 11-də Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.

Ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO