Tarixi görüş GÜNÜ – “Ermənistan özünə güvənsə...”

Tarixi görüş GÜNÜ – “Ermənistan özünə güvənsə...”

Hazırda oxunan: Tarixi görüş GÜNÜ – “Ermənistan özünə güvənsə...”

175788

Ermənistan və Azərbaycan komissiyalarının iclası yanvarın sonunadək baş tutacaq. Sözügedən iclasda anklav kəndlərimizin taleyi müzakirə olunacaq. Hansı ki, Ermənistan müxtəlif bəhanələrlə bu kəndlərin Azərbaycana qaytarılması prosesini ləngitməyə çalışır.

Bəs, belə olan halda, delimitasiya komissiyalarının görüşündən nələr gözlənilir?

Politoloq Tofiq Abbasov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O qeyd edib ki, ilk növbədə sərhədlərin delimitasiyası ilə bağlı məsələlərə aydınlıq gətirilməlidir: 

“Azərbaycan tərəfi 44 günlük müharibədən sonra bütün səviyyələrdə, istiqamətlərdə əməkdaşlığa hazır olduğunu bildirdi, bunu praktiki olaraq göstərdi. Ermənistan sözdə başqa, əməldə başqa addımlar atdı. Prosesləri əngəlləməyə çalışdı və hələ də buna davam edir. Bu yanaşmanın əks sədasını biz Avropadan, Qərbdən gördük, hazırda hamısı bizi ittiham edir. 

Ancaq mövcud vəziyyətdə müharibə ehtimalı yoxdur.  

Ermənistanın bəzi radikal qruplarının Qərbdən aldıqları çağırışlar fonunda müharibə fikirləri səsləndirilə bilər. Bu, ondan xəbər verir ki, Ermənistan işgüzarlığa qətiyyən hazır deyil. Əksinə, onun qayəsi Azərbaycanın istəyini qırmaqdır. 

Tərəflər müstəqildirlərsə, onların qarşısını heç kəs ala bilmir. Lakin Azərbaycanın müstəqilliyi fonunda Ermənistan tam asılıdır. Ona görə də lazım olan işləri görmək əvəzinə ritorikaya güc verir. Bu görüşlərdən xüsusi nəticə gözləmirəm. Ermənistan sərbəst, özünə güvənərək addım atmağı bacarmalıdır. Əks halda heç bir yenilik olmayacaq”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO