Ukrayna AŞPA-da ölkəmizə qarşı səsvermədə niyə SƏSSİZ QALDI? 

Ukrayna AŞPA-da ölkəmizə qarşı səsvermədə niyə SƏSSİZ QALDI? 

Hazırda oxunan: Ukrayna AŞPA-da ölkəmizə qarşı səsvermədə niyə SƏSSİZ QALDI? 

175639

“Prinsipcə Ukrayna daim Azərbaycana tərəf mövqe tutub. Buna misal olaraq Ukrayananı təmsil edən Aleksey Qonçarenkonun Azərbaycanı dəsətəkləyən çıxışını göstərmək olar”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində ukraynalı politoloq Aleksandr Kovalenko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-nın ölkəmizə qarşı qərəzinin PƏRDƏARXASI - Metyu Brayzadan ÖZƏL AÇIQLAMA


Kovalenko müsahibəsində Azərbaycana dost ölkələrin Avropa Şurası Parlament Assambleyasında Bakıya qarşı səs vermələrini və ya səs vermədə iştirak etməmələrini şərh edib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Kovalenko, Azərbaycan AŞPA-dakı fəaliyyətini dayandırdı. Bunun səbəblərini siz də bilirsiniz. Lakin Azərbaycana dost olan ölkələrin Azərbaycan əlehinə səs verməsi və ya ümumiyyətlə, səsvermədə iştirak etməməsi diqqət çəkdi. Eləcə də, ukraynalı deputatlar səs vermədilər. Səbəb nədir?

- Prinsipcə Ukrayna daima Azərbaycana tərəf çıxıb. Buna misal olaraq Ukraynanı təmsil edən Aleksey Qonçarenkonun Azərbaycanı dəsətəkləyən çıxışını göstərmək olar. Hazırki vaxtda isə onu demək olar ki, istər daxili, istərsə də xarici siyasətdə olunan emosional çıxışlar bir çox şeyi göstərir.  

Ukrayna bir sıra məsələlərdə, əsasən də Qarabağ məsələsində Azərbaycanın tərəfindədir. Həmçinin Azərbaycan Ukraynanın müstəqilliyini dəstəkləyir. Ukraynanın Avropada çoxlu partnyorları var. Buna Avropa Şurası daxil olmaqla bir sıra Avropa ölkələrini misal çəkmək olar. Ancaq biz digər faktorlar əsasında Azərbaycanı dəstəkləyə bilərik. Bizim səsvermədə iştirak etməməyimiz adi haldır. 

Rəsmi Bakı çox gözəl başa düşür ki, hazırki vəziyyətdə biz beynəlxalq təşkilatlarla əlaqələrimizi poza bilmərik. Ancaq bizim üçün Azərbaycanla da əlaqələr çox vacibdir. Mən düşünürəm ki, bu işlər Azərbaycanla Ukraynanın münasibətlərinə heç də mənfi təsir etməyəcək. Çünki bu əlaqələr illərlə, onillərlə tarixə malikdir.

- Bakıya qarşı AŞPA-dakı çirkin kampaniyanı nə ilə əlaqələndirirsiniz?

- Qəbul etmək lazımdır ki, Avropada Azərbaycanın əleyhinə olan çox sayda ermənipərəst lobbi mövcuddur. Xüsusilə də Fransada. Hansı ki, onlar Avropada İrəvanın mövqeyini tamamilə dəstəkləyirlər. Həmçinin ermənipərəst Avstriyanı da misal göstərə bilərik. Düzdür, bizim də xarici dostlarımız çoxdur. Təəssüflər olsun ki, Avropada erməni lobbisi güclü işləyir. Biz avropalı dostlarımıza heç cürə basqı edə bilmərik ki, onlar Azərbaycanın maraqları üçün çıxış etsinlər. Böyük siyasət də elə bundan ibarətdir. 

- Müharibədən sonra belə hallar artıb. Siyasi müstəvidə isə müharibə davam edir. Rəsmi Bakının xarici platformalarda həm erməni lobbisi, həm də digər siyasi güclərə qarşı siyasi rıçaqlarını necə dəyərləndirmək olar?

- Mən deyərdim ki, bu, ermənipərəstlərin Azərbaycana qarşı siyasi baxımdan apardığı bir müharibədir. Məncə, ermənipərəst lobbinin Azərbaycana qarşı apardığı bu təbliğata Bakı yetərincə hazırlıqlı olub. Yəni Azərbaycan buna qarşı mənəvi baxımdan hazır idi. Çünki bilirdilər ki, bir sıra Avropa ölkələri Bakıya qarşı çıxacaqlar. 

Mən deyərdim ki, Azərbaycan hazırki siyasətini davam etdirməlidir. Bütün bunlar 2020-ci ildə, 44 günlük müharibə ilə başladı. Bu tarixi problemin həlli istiqamətində atılan addım idi. Yəni Azərbaycan bir münaqişəyə nöqtə qoydu. Bu, tarixi ərazilərinin bərpası idi. 

Bir müddət sonra isə revanşist addımların atılacağına köklənmək isə məncə önəmsiz bir şeydir. Ancaq bu mövzuya diqqətsiz də yanaşmaq olmaz və hər zaman Azərbaycan buna diqqət etməlidir. Çünki hər anın öz hökmü var. Düzdür, hazırda erməni lobbisi Avropada öz işini aparır. Ancaq erməni lobbisi daimi bir problem deyil. Burada hər şey Bakıdan asılıdır. Yəni rəsmi Bakı elə edə bilər ki, bütün bunlar Azərbaycanın lehinə çevrilə bilər.

- Cənab Kovalenko, təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm. 

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO