Prezident seçkilərində müşahidə aparılması ilə bağlı ərizələrin təqdim edilməsi müddəti BAŞA ÇATDI

Prezident seçkilərində müşahidə aparılması ilə bağlı ərizələrin təqdim edilməsi müddəti BAŞA ÇATDI

Hazırda oxunan: Prezident seçkilərində müşahidə aparılması ilə bağlı ərizələrin təqdim edilməsi müddəti BAŞA ÇATDI

175434

Növbədənkənar prezident seçkilərində Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi müddəti bu gün başa çatıb.

Bizim.Media xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.

Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı (öz təşəbbüsü ilə, habelə qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında), beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə) seçkilərin təyin edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

Növbədənkənar prezident seçkilərində bu müddət 2024-cü il yanvarın 28-dək olan dövrü əhatə edir.

Həmçinin, səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün qeydiyyatdan keçməklə xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiya­sına müraciət edilməsi müddəti də 2024-cü il yanvarın 28-dək nəzərdə tutulub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO