Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Hazırda oxunan: Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

175296

Yanvarın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən Bizim.Media-ya bildirilib ki, əvvəlcə Komissiyanın 15 yanvar, 18 yanvar və 20 yanvar 2024-cü il tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində “exit-poll” keçirilməsi niyyəti ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (“Oracle Advisory Group” (Amerika Birləşmiş Ştatları) ilə birgə)”, “Rəy” Monitorinq Mərkəzi və “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC tərəfindən Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətlərə baxılıb. Komissiya üzvləri və iclas iştirakçıları bununla bağlı ətraflı məlumatlandırıldıqdan və aparılan geniş müzakirələrdən sonra sözügedən qurumların müraciətlərinin təmin edilməsinə və Prezident seçkilərində "exit-poll” keçirmək üçün qeydə alınmalarına qərar verilib.

İclasda daha sonra Mərkəzi Seçki Komissiyasının qərarı ilə seçkilərdə qeydə alınmış namizəd tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər qeydə alınıb.

Beynəlxalq müşahidəçilər, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər də edilib, həmçinin cari məsələlərə baxılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO