Xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada iştirak edib. Tədbirə dünyanın 15 ölkəsindən aparıcı beyin mərkəzlərinin nümayəndələri qatılıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
C.Bayramov tədbir iştirakçılarına münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət, barədə ətraflı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü - FOTO
Azad edilmiş ərazilərin bərpa, yenidənqurma və reinteqrasiyasından bəhs edən nazir, bu ərazilərə həyatın yenidən qaytarılması üçün görülən tədbirlərdən danışıb.
Nazir üçtərəfli bəyanatların icrasına maneə olan və bölgədə yaranmış əməkdaşlıq imkanlarına təhlükə törədən məsələlər barədə iştirakçıları məlumatlandırıb.
Ermənistanın Azərbaycan ərazisinə hərbçilərini gizli şəkildə keçirmək cəhdləri, mina xəritələrinin Azərbaycana təqdim etməkdən imtina etməsi, rəsmi Yerevanın revanşist açıqlamaları və digər məsələləri də vurğulayıb.
Tədbirin sonunda nazir iştirakçıların suallarını cavablandırıb.
Bizim.Media