Xüsusi nümayəndə: “Qarabağdakı mədəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb”

Xüsusi nümayəndə: “Qarabağdakı mədəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb”

Hazırda oxunan: Xüsusi nümayəndə: “Qarabağdakı mədəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb”

175126

“Roma Papası Azərbaycanın dini harmoniyasını tərənnüm edib. Azərbaycanın izlənilən ölkələr siyahısına salınması çaşdırıcıdır. Beynəlxalq hüquq Qarabağı və onun ətrafındakı rayonları hər zaman Azərbaycan ərazisi kimi tanıyıb. BMT-nin Ermənistanın həmin ərazilərdən geri çəkilməsini tələb edən qətnamələrinə baxmayaraq, işğal onilliklər boyu davam edib. Azərbaycan Ermənistanın işğalı altında olan torpaqlarını bu yaxınlarda geri qaytarıb”.

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın “İnternational Policy Digest” nəşrinə müsahibəsində bildirib. 

Xüsusi tapşırıqlar üzrə nümayəndə deyib ki, Qərbdən olan müşahidəçilər, o cümlədən “L’Institut Prospective et Sécurité en Europe”dan Emmanuel Düpüi uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mədəniyyət abidələrinin təhqir edilməsini, dağıdılmasını görüb və pisləyiblər.

Onilliklər ərzində Qarabağdakı Azərbaycan mədəniyyət nümunələri sistemli şəkildə vandallığa məruz qalıb, mənimsənilib və məhv edilib.

Elçin Əmirbəyov ABŞ-ın tərtib etdiyi bu siyahıda Ermənistanın yer almamasının ədalətsizlik olduğunu söyləyib və bunu ikili standartlar siyasətinin nəticəsi kimi dəyərləndirib. O, Azərbaycanın ərazilərini azad etdikdən sonra bütün mədəni və dini obyektləri qorumaq üçün üzərinə düşənləri yerinə yetirdiyi halda da qınanmasının yolverilməz olduğunu diqqətə çatdırıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO