“Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi, xristian - hamımız bir ailəyik. Bu, bizim DNT-mizin bir hissəsidir”.
Bizim.Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bu fikirləri ABŞ-ın “İnternational Policy Digest” nəşrində dərc olunmuş bir məqalədə yer alıb.
Məqalədə diqqətə çatdırılıb ki, müsəlman ölkəsi olsa da, Azərbaycan müsəlman, xristian və yəhudi vətəndaşlarının təmsil olunduğu hökumət və təhsil sistemi qurub, bununla fəxr edir.
Yazının müəllifi Krişna Naq məqaləsində Şərqlə Qərbi birləşdirən tarixi İpək Yolu üzərində strateji mövqedə yerləşən Azərbaycanın əsrlər boyu qonaqpərvərliyin çırağı olduğunu yazıb.
Azərbaycanda bütün dinlərin təmsilçilərinin azadlıqlarına toxunan jurnalist bu mənada ölkəmizi hamıya nümunə göstərib. Bildirib ki, Azərbaycan mürəkkəb regionda yerləşsə də, öz identikliyini qoruyub. Hətta Roma papası belə həmişə Azərbaycan haqqında yüksək fikirlər səsləndirib.
Bütün bunlara baxmayaraq, Azərbaycanın gözlənilmədən sanki cəzalandırıldığını, müəmmalı bir addımla İran, Pakistan və Səudiyyə Ərəbistanı kimi dövlətlərlə yanaşı, dini etiqad azadlığına nəzarət siyahısına daxil edildiyini bildirən jurnalist ABŞ-ın Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyasının Qarabağda xristian irsinin qorunub saxlanması ilə bağlı narahatlığını bəyan etdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan buna açıq cavab verib. Prezident İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bu media orqanına müsahibəsində bildirib: “Biz bu əsassız və qərəzli qərardan təəssüf edir və onu rədd edirik!”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:14 / 25.01.2024
Elçin Əmirbəyov: “Bu əsassız və qərəzli qərarı rədd edirik!”
Hazırda oxunan: Elçin Əmirbəyov: “Bu əsassız və qərəzli qərarı rədd edirik!”
Hazırda oxunan: Elçin Əmirbəyov: “Bu əsassız və qərəzli qərarı rədd edirik!”
175121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.