Prezidentin təbrik məktubu Arif Ağakişiyevə təqdim edildi – FOTO  

Prezidentin təbrik məktubu Arif Ağakişiyevə təqdim edildi – FOTO  

Hazırda oxunan: Prezidentin təbrik məktubu Arif Ağakişiyevə təqdim edildi – FOTO  

175093

Rusiyada yaşayan azərbaycanlı tanınmış ictimai-siyasi xadim, diplomat, ötən əsrin 60-cı illərində Şuşa Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Arif Ağakişiyev 90 illik yubileyini qeyd edir.  

Bizim.Media xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev yubilyara təbrik məktubu ünvanlayıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Prezident İlham Əliyevin tanınmış ictimai-siyasi xadim və diplomat Arif Ağakişiyevin 90 illiyi münasibəti ilə təbrik məktubunu yubilyara təqdim edib. 

Məktubda bildirilib ki, ötən əsrin 60-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmiş Arif Ağakişiyev ölkəmizin inkişafı üçün vacib işlər görüb. A.Ağakişiyev Şuşada rəhbər vəzifədə çalışdığı müddətdə şəhərdə geniş quruculuq işləri görülüb, bir sıra yeniliklər tətbiq edilib. “Sonradan siz Azərbaycanın o dövrdəki rəhbəri, Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə SSRİ Ali Diplomatiya Məktəbində respublikamızı layiqincə təmsil etmiş, diplomat olaraq fəaliyyətinizi davam etdirmizisiniz”, - deyə məktubda qeyd olunur. 

Dövlətimizin başçısı məktubda vurğulayıb ki, ömrünün böyük hissəsini Vətəndən kənarda yaşamasında baxmayaraq, Arif Ağakişiyev Azərbaycana qəlbən bağlı qalıb, ölkədə gedən prosesləri diqqətlə izləyib. “Əminəm ki, hər bir azərbaycanlı kimi siz də Qarabağımız və onun tacı olan Şuşanın rəşadətli ordumuz tərəfindən işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırsınız”, - deyə təbrik məktubunda vurğulanıb. 
Arif Ağakişiyev təbrikə görə təşəkkürünü bildirib və qeyd edib ki, 50 ildən çoxdur Moskvada yaşamasına baxmayaraq, Azərbaycan ilə əlaqələrini kəsməyib. “Bu təbrik məktubunu böyük qürur hissi ilə qəbul etdim. SSRİ dönəmində xarici ölkələrdə diplomat kimi çalışdığım dövrdə də hər zaman, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, azərbaycanlı olmağımla fəxr etmişəm. Azərbaycan dünya ölkələri arasında öz layiqli yerini tutub və inkişaf edir”, - deyə A.Ağakişiyev bildirib. 

Yubilyar İkinci Qarabağ müharibəsinin gedişini diqqətlə izlədiyini, Qarabağın, Şuşanın işğaldan azad olunması xəbərini böyük sevinclə qarşıladığını xüsusi qeyd edib. 

Daha sonra səfir Polad Bülbüloğlu və Arif Ağakişiyev Şuşa ilə bağlı xatirlərini bölüşüblər. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO