Boqdan Bezpalko: “Qərb Ermənistanı yeni müharibəyə sürükləyir” – ÖZƏL 

Boqdan Bezpalko: “Qərb Ermənistanı yeni müharibəyə sürükləyir” – ÖZƏL 

Hazırda oxunan: Boqdan Bezpalko: “Qərb Ermənistanı yeni müharibəyə sürükləyir” – ÖZƏL 

174564

“Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında bir sıra əngəllər var. Bu əngəllərin mənbəyi, kökü isə Moskva yox, Qərbdir. Onlar Ermənistanı Rusiyanın himayəsindən çıxarmaq istəyirlər. Ona görə yox ki, Azərbaycanla Ermənistan arasında sülh bərqərar olsun, ona görə ki, Ermənistanı Azərbaycana qarşı daha da doldursunlar”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Prezidenti yanında Beynəlxalq Əlaqələr Şurasının Rəyasət Heyətinin üzvü Boqdan Bezpalko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyalı politoloqdan ermənilərə tövsiyə: “Moskva ilə söz savaşına çıxmayın”


“Fransa Qafqazda münaqişə yaratmağı planlaşdırır”

Qərbin, Fransanın, Böyük Britaniyanın Qafqaz maraqlarını şərh edən analitik hesab edir ki, hazırda əsas məqsəd Ermənistanı Rusiyanın himayəsindən çıxarıb, Fransanın himayəsinə təslim etməkdir: 

“Bütün bunlar reallaşarsa, Ermənistanın əsas tərəfdaşı Rusiya yox, Fransa olacaq. Hazırda bir sıra Qərb ölkələrinin, xüsusilə də Fransanın əsas məqsədi Qafqazı “partlatmaqdır”. Bu zaman nəinki regonda olan ölkələr zərər görəcək, həmçinin bu regionun əsas güclərindən biri olan Rusiya, İran, o cümlədən Çin böyük zərbələr alacaq. 

Əgər belə bir şey baş tutarsa, bu zaman onların böyük enerji resurslarına malik olan Xəzər dənizinə girişləri də asanlaşacaq. Həmçinin bu, hərbçilərin də regiona daxil olmasını asanlaşdıracaq”.

“Yeni himayəçilər İrəvana xeyir gətirməyəcək”

Analitik əlavə edib ki, hazırda Rusiyanın hərbi bazaları Ermənistanda olsa da, yaxın zamanda vəziyyət dəyişə bilər: 

“Lakin Ermənistan hələ də anlamır ki, yeni himayəçilər İrəvana heç bir xeyir gətirməyəcək. ABŞ üçün isə Asiyada baş verə biləcək bütün çaxnaşmalar çox əlverişlidir. Buna görə də, mən düşünürəm ki, Ermənistan ordusunun NATO və ya Fransa ordusu ilə birgə təlimləri – məhz Qərbin planlarına əsaslanan addımlardır.
Yəni bütün proseslər Ermənistanın Rusiyanın himayəsindən çıxaraq, Fransanın himayəsinə keçməsinə hesablanıb. Bu proses hələki başlanğıc mərhələsindədir. Hələ ki, Ermənistan ərazisində Rusiyanın hərbi bazası, hərbi obyektləri fəaliyyət göstərməkdədir. Ermənistan hazırda KTMT-yə üzvü olaraq qalır. Həmçinin Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür. Lakin bir neçə ildən sonra bütün bunlar dəyişilə bilər. Bu zaman isə Qafqazda müharibə ocaqlarının yaranması qaçılmaz ola bilər”, - deyə analitik əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO