Ermənistan mediasında özünü hələ də hansısa qondarma “dövlətin prezidenti” kimi qələmə verən Samvel Şahramanyan adlı birinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə məlumatlar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında qeyd olunub.
Bundan əlavə, keçmiş xarici işlər naziri, qatı irqçi Vardan Oskanyanın rəhbərliyi altında beynəlxalq səviyyədə iş aparılması üçün hansısa “komissiya”nin yaradıldığı bildirilir.
Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır?! Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir. Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:14 / 20.01.2024
İcma: Ermənistan Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətə qadağa qoymalıdır
Hazırda oxunan: İcma: Ermənistan Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətə qadağa qoymalıdır
Hazırda oxunan: İcma: Ermənistan Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətə qadağa qoymalıdır
174343
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.