20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

Hazırda oxunan: 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi - VİDEO

174300

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bizim.Media xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən siqnallar verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar respublikanın bütün şəhər və rayonlarında şəhidlərin xatirəsi yad edilir.
Bu gün səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edən insanlar qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə tər çiçəklər düzürlər.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO