Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb - FOTO

Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb - FOTO

Hazırda oxunan: Azərbaycanla Venesuela arasında siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb - FOTO

174261

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib.

Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər, iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi perspektivlərinin mövcudluğunu vurğulayıblar.
Görüş zamanı, həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO