TÜRKPA: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edirik

TÜRKPA: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edirik

Hazırda oxunan: TÜRKPA: Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edirik

174260

“SSRİ rəhbərliyinin göstərişi ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 34 il ötür. Sovet qoşunlarının törətdiyi Yanvar faciəsi nəticəsində 150 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polislər yaralanıb. 1990-cı ilin faciəli hadisələrinin qurbanlarına “20 Yanvar şəhidi” deyilir. Ümumilikdə, Azərbaycanda 150 “20 Yanvar şəhidi” var”.

Bizim.Media xəbər verir ki, bu barədə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanatında bildirilib.

“Qardaş xalqın milli birliyinin və vətənpərvərliyinin rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir. Allah şəhidlərin ruhunu şad etsin!”, - deyə bəyanatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO