Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsinin surətini Rumıniyanın XİN başçısına təqdim edib

174211

Yanvarın 19-da Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov etimadnaməsinin sürətini bu ölkənin xarici işlər naziri Luminitsa Odobeskuya təqdim edib. 

Bizim.Media xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Rumıniya arasında strateji əməkdaşlıq və dostluq münasibətlərinin əhəmiyyəti qeyd olunub, o cümlədən yüksəksəviyyəli ikitərəfli səfərlərin, hökumətlərarası komissiyanın işinin və siyasi məsləhətləşmələrin gündəliyinə toxunulub. 

İki ölkə arasında enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat və logistika layihələrinin perspektivləri istiqamətində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO