XİN başçısı:

XİN başçısı: "Azərbaycan nüvəsiz dünya baxışını dəstəkləyir" - YENİLƏNİB/FOTO

Hazırda oxunan: XİN başçısı: "Azərbaycan nüvəsiz dünya baxışını dəstəkləyir" - YENİLƏNİB/FOTO

174208

Azərbaycanxarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.

XİN-dən Bizim.Media-ya bildirilib ki, görüş zamanı, Azərbaycan ilə sözügedən Təşkilat arasında əməkdaşlığın perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi təqdir edilib, təbriklər çatdırılıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) prezidentliyi və ev sahibliyi barədə qərar alqışlanıb.
C.Bayramov, ölkəmizin bəşəriyyətə böyük təhdid yaradan nüvə silahlarının yayılmamasına nəzarət sahəsi üzrə Təşkilat ilə əməkdaşlığa əhəmiyyət verdiyini, habelə Təşkilatın nüvəsiz dünya baxışını dəstəklədiyimizi qeyd edib.

QH-ya üzv dövlətlərin öz növbəsində nüvə sınaqlarının məhdudlaşdırılması sahəsi üzrə regional və beynəlxalq səylərə verdiyi töhfənin vacibliyi diqqətə çatdırılıb.

C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkat daxilində bir çox üzv dövlətlərin uzun müddət bir sıra dövlətlərin, xüsusilə də Fransanın kolonial siyasəti çərçivəsində nüvə sınaqlarının qurbanı olduqları, Fransanın nüvə sınaqlarının fəsadlarının aradan qaldırılmasından boyun qaçırdığını vurğuladıqlarını diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

18:48

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd (Robert Floyd) ilə görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin rəsmi "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər arasında nüvə silahının yayılmaması sahəsində əməkdaşlığın perspektivləri və regional məsələlər müzakirə edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO