Fəzail Ağamalıdan İrana SƏRT TƏNQİD – “Yenə ikiüzlü, hiyləgər...”

Fəzail Ağamalıdan İrana SƏRT TƏNQİD – “Yenə ikiüzlü, hiyləgər...”

Hazırda oxunan: Fəzail Ağamalıdan İrana SƏRT TƏNQİD – “Yenə ikiüzlü, hiyləgər...”

174174

İran ərazisi ilə Ermənistana hərbi yük daşınmasına dair növbəti görüntülər yayılıb. Görüntülər yanvarın 18-i saat 17:50-də qeydə alınıb. Yük İran İslam Respublikası ərazisindən Ermənistan Respublikasına daşınıb.

Bu fakt bir daha göstərir ki, İslam həmrəyliyindən dəm vuran Tehran yenə də Ermənistana silah daşınmasına göz yumur. Göründüyü kimi, İran revanşist mövqedə dayanan Ermənistanın silahlanmasına rəvac verir. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirir ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Tehrana xəbərdarlıq etməlidir:
 

MÖVZU İLƏ BAĞLI:

İran ərazisi ilə Ermənistana hərbi yük daşınır - ANBAAN VİDEO


“İran yenə də özünün ikiüzlü və hiyləgər mövqeyini ortalığa qoymaqdadır. Bir tərəfdən Azərbaycanla qardaş deyib, münasibətləri yaxşılaşdırmağa çalışır. Başqa bir tərəfdən isə Ermənistanın silahlandırılmasında vacib rol oynayır. İran ərazisindən Ermənistana daşınan hərbi yük maşınlarının Hindistandan gətirilən, yoxsa Tehranın özü tərəfindən verilən silahlar olduğu bilinmir.

Hər halda həmin yük İran ərazisindən keçir. 

Sülh sazişinə maneə olan, Fransa və göründüyü kimi həm də İranın müəyyən etdiyi xəttə uyğun hərəkət edən və Azərbaycana müharibə çağırışları edən ölkənin silahlandırılması yolverilməzdir. Ona görə də bu olayı qətiyyətlə pisləyirik.

Tehran işğaldan əvvəlki və sonrakı dövrdə sərgilədiyi ikili standartlardan imtina edib, birmənalı mövqe ortaya qoymalı, öz ərazisindən keçməklə Ermənistana verilən silahlanmaya son qoymalıdır. Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində İrana xəbərdarlıq edilməli və buna son qoyması üçün lazımi tədbirlər görülməlidir”. 

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO